Özgənin əmlakını hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Kanal 11" internet televiziyasının direktoru Teymur Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirlilən şəxsin vəkili Nemət Kərimli vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Vəsatət təmin edilməyib.