Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Əliqismət Lalayev Röya Ayxana iş təklif etdi

6 470
Paylaş:
Əliqismət Lalayev Röya Ayxana iş təklif etdi

Xalq artisti Röya Ayxan Dövlət Akademik Musiqili Teatrında olub. Teleqraf.com xəbər verir ki, estrada ulduzu teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə görüşüb.

R.Ayxan daha sonra “Qadınım” tamaşasını izləyib. Xalq artisti səhnəarxasına keçərək aktyor heyəti ilə görüşüb, onlara uğur diləyib.

Ə. Lalayev isə keçmişə qayıdaraq illər əvvəl Röya Ayxanı Teatra çalışmağa dəvət etdiyini bildirib. O, təklifinin hələ də qüvvədə olduğunu deyərək xalq artistinə iş təklifi edib.

Paylaş:

Ən son xəbərlər