2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilən və Azərbaycanda kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərə hökm oxunub.
Təqsirləndirilənlərdən Xaqan Zeynalov və Əmir Həmidli ömürlük, Əli Mövlamlı və Rəsul Həsənov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Həbs olunmayan dörd təqsirləndirilən şəxsə bəraət verilib.
Xatırladaq ki, 2020-ci il avqustun 20-də gecəyarısı Serik rayonu, Boğazkent rayonunda yerləşən 5 ulduzlu hotelin restoranında “Nazir Əzizoğlu”nun adına olan şəxsiyyət vəsiqəsindən istifadə edən “Lotu Quli”yə yaxın adamlarından Xaqan Zeynalov baş nahiyəsindən iki güllə vurub. Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov hoteldən çıxaraq onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə avtomobillə qaçıb. Hadisə yerinə gələn həkim briqadasının ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifov dünyasını dəyişib.