Astroloqlara görə, gələn həftə Balıqlar və Dolça bürcləri üçün maliyyə baxımından uğurlu müddət olacaq. Pravda.az Metbuat.az-a istinadən xəbər verir ki, bu bürclər üçün qarşıdakı günlər ərzində maddi çətinlikləri aradan qaldırmağa fürsət yaranacaq.
Yaranacaq fürsətlərdən faydalı şəkildə istifadə etmək, qazanılacaq məbləğləri səmərəli şəkildə xərcləmək lazım olacaq. Əks halda, yenidən "uğursuzluq zolağı"na qayıda bilərsiniz. Odur ki, planlı addım atmaq vacibdir.