Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib.
Pravda.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.