BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərdar Cəlaloğlu: “Şou-biznes təmsilçiləri Milli Məclisdə konsert verəcək?”

“Şou-biznes təmsilçiləri Milli Məclisdə konsert verəcək, yoxsa göbək oynadacaq?”

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

 

O bildirib ki, mətbuat təmsilçilərinin, şou-biznes nümayəndələrinin, idmançıların parlamentə düşməsi üçün əsas yoxdur: “Əgər Azərbaycan dövlətini oyuncağa çevirmək istəyiriksə, parlamenti siyasi institut kimi yox, “banan respublikaları”ndakı kimi oyuncaq alət kimi görmək istəyiriksə, deməli, bura elə o cür adamlar yığışmalıdır. Yox, əgər biz parlamenti həqiqətən də siyasi institut kimi formalaşdırmaq istəyiriksə, o zaman burada siyasi liderlər təmsil olunmalıdır. Şou-biznes təmsilçilərinin parlamentə düşməsi nə kimi fayda verə bilər ki?”

 

S. Cəlaloğlu əlavə edib ki, dünyanın heç bir yerində belə bir təcrübə mövcud deyil: “Ola bilsin ki, hansısa mətbuat nümayəndəsi, yaxud idmançı öz peşəsindən, ixtisasından imtina etsin, gedib siyasi fəaliyyətlə məşğul olsun. Bu, başqa məsələdir. Necə ki, Arnold Şvarsenegger qubernator vəzifəsində təmsil olunur. O, bəlli bir müddətdir ki, siyasətlə məşğul olur və əvvəlki sənətindən ayrılıb. Yoxsa öz sənətində belə söz sahibi olmayan şəxslərin gəlib xalqın, millətin taleyi ilə bağlı hansısa söz demək haqqı əldə etməsi məntiqli deyil. Kiminsə mahnı oxuması, göbək oynatması başqa məsələdir, xalqın, millətin taleyi ilə məşğul olması isə tamam başqa məsələdir. İkincisi, kimlər ki, parlamentdə təmsil olunmaq istəyir, onlardan soruşmaq laızmdır ki, bu vaxta qədər millətin, dövlətin hansı problemləri ilə bağlı mövqe ortaya qoymusan? Odur ki, mən bu qəbildən olan şəxslərin parlamentdə təmsilçiliyinə mənfi yanaşır və bunu qeyri-normal hesab edirəm”. Moderator.az

 

 

Tarix: 3 Dekabr 2019, 21:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin