Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda bıçaqlanma nə üstündə olub? - Siqaret, yoxsa...

1 571
Paylaş:
Bakıda bıçaqlanma nə üstündə olub? -     Siqaret, yoxsa...

Bakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Lerik rayon sakini Raul Ağababa oğlu Məmmədov bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü yeniyetmə Raul Ağababa oğlu Abbasovun onun anası ilə münasibətinin olduğunu bilib və bu əmələ əl atıb.

Faktla bağlı araşdırma aparılır.

10:20

Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Raul Ağababa oğlu Məmmədov küçədə gedərkən 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq onu döyüb.

Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Raul Məmmədov açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər