Aprelin 7-si saat 14:30-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 14:30-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Qusar, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlıda yağış, Şahdağ, Xınalıqda qar yağır.