Pakistanın Sind Dövlət Tibb Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, ən ağıllı və ən gözəl uşaqlar birinci qan qrupu olan qadınlar tərəfindən doğulur. Qaynarinfo xəbər verir ki, alimlərin araşdırması "National Journal of Health Sciences" (NJHsciences) jurnalında dərc olunub.
Uşağın qabiliyyətlərinin təxminən 70%-i anadan ötürülür və onlar əsasən qadının qan qrupu ilə müəyyən edilir. Beləliklə, IV qan qrupu olan anaların övladları idmanda uğur qazanmağa və sağlamlığa meyllidirlər. Üçüncü qan qrupu olan qadınların uşaqları adətən başqalarına nisbətən yaradıcılığa, ikinci qan qrupu olan anaların uşaqları isə tənqidi düşüncəyə meyllidirlər.