Qardaş Qazaxıstanda baş verən daşqından dərin hüznlə kədərlənirik.
XİN Qazaxıstanda baş verən daşqınla bağlı başsağlığı verdi
Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.
"Bu fəlakətdən zərər çəkən insanlara başsağlığı verir, həyatını itirənlərin ailələrinə və yaxınlarına səbr diləyirik. Biz qardaş Qazaxıstanın xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - deyə nazirlik bildirib.