“Son günlər Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə bağlı məsələlər aparıcı fransız mətbuat səhifələrinin geniş müzakirə mövzusuna çevrilib, hətta həbsdə olan Martin Ryanın atası məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni kəskin ittiham edən müsahibələrlə çıxış edib.”
Bu barədə "Observer Online" yazır.
Aprelin 6-da yayımlanmış məqalədə qeyd edilir: “Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş üzrə həbs edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik heyətinə yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb.
Həmçinin məlum olur ki, hər 2 şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng “Societe Generale” maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli Bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə banklararası müqavilələrinin tərtibində iştirak edib.
A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya göndərilməsinin səbəbləri isə hələ açıqlanmayıb.