Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq. Layihә üzrә ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması mәqsәdilә yerli potensialın reallaşdırılması imkanları araşdırılır.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Nәqliyyat sisteminin daha tәhlükәsiz, ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması Azәrbaycanın dayanıqlı inkişafının hәdәflәrindәndir. Bu mәqsәdlә İqtisadiyyat vә Rәqәmsal İnkişaf vә Nәqliyyat nazirliklәri tәrәfindәn ölkәmizin avtobus parkının yenilәnmәsi istiqamәtindә işlәr görülür. Azәbaycanda avtobus parkının yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә Çinin “BYD Company Limited” (BYD) şirkәti ilә әmәkdaşlığa başlanılır. BYD şirkəti təqdim edilən təkliflər əsasında Çin, Rusiya və Macarıstanın bu sahə üzrə ixtisaslaşmış 9 şirkəti arasından seçilib.
Elektrik avtobuslarının istehsalı layihәsindә “Azәrbaycan İnvestisiya Şirkәti” ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә BYD şirkәtinin yerli tәrәfdaşı “SARDA Group” şirkәtlәrinә mәxsus “Electrify Azerbaijan” MMC-dir. BYD şirkәti tәrәfindәn Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 mln. ABŞ dolları hәcmindә investisiyanın qoyulması nәzәrdә tutulub. Şirkәt tәrәfindәn daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.