BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sənə vəzifə təklif olunanda deyəydin ki, mən buna layiq deyiləm" - Ağstafanın yeni icra başçısına SƏRT SÖZLƏR

"Mənim Prezidentim təkdir, bəzən ona yalan məlumatlar verirlər. Ona təqdim olunan bəzi mütəxəssislər çox yararsızdırlar".

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib.

O bildirib ki, bu günlərdə Ağstafa kimi ziyalılar məskəninə - Ağstafa, Qazax, Tovuz istər elm, istər mədəniyyət sahəsində öndə gedən rayonlarımızdır, çox güclü mütəxəssislər yetişdirən diyardır - 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir: "Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq.  Əlbəttə, siz bunu hiss edə bilməzsiniz. Niyə? Çünki sizin artıq dəniz qıraqlarında, çay qıraqlarında, meşələrdə, ormanlarda Azərbaycandan oğurladığınız pullarla gözəl villalarınız, şəraitiniz var. Uçurumun kənarında xalqdır, siz yox".Ölkə.az

Tarix: 22 May 2020, 16:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin