Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb. Pravda.az modern.az-a istinadən xəbər verir ki, bu barədə eks-nazirin özü bildirib. O deyib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:
"Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə Şıxov sanatoriyasında müalicə alıram. Onu da qeyd edim ki, burada yaradılmış şəraitdən çox məmnunam", - sabiq nazir deyib.