Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Gözündən zədələnən Hacı Əliyevin sağlamlığında daha bir problem aşkarlandı

1 135
Paylaş:
Gözündən zədələnən Hacı Əliyevin sağlamlığında daha bir problem aşkarlandı

Gözünə mikrob düşüb şişən sərbəst güləşçisi Hacı Əliyevin dizindəki zədəsi ağırlaşıb.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı məlumat verib.

Onun sözlərinə görə, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən Hacı Əliyev Bakıda keçirilən turnirinin yarımfinal görüşündə gözündən və dizindən ciddi zədə alıb.

Hazırda gözü ilə bağlı şəxsi həkiminin yanında müalicə alan güləşçinin vəziyyətinin normal olduğu, bir-iki həftəyə tamamilə sağalacağını bildirən Sərxan Musalı idmançının dizindəki problemin Paris-2024-ə qədər aradan qaldırılacağını deyib.

Qeyd edək ki, Hacı Əliyev dizindəki problemə görə uzun müddətdir ki, fərdi hazırlıq proqramı ilə məşq edir./Oxu.az

Paylaş:

Ən son xəbərlər