Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.
Belə ki, iş adamı insultdan vəfat edib.
Qeyd edək ki, Mais İsmayıl oğlu Nəcəfov 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1970-ci ildə Sumqayıt şəhərinə köçüb.