Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

1 011
Paylaş:
Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 9-da Ramana qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər