Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi Toğrul Məmmədov işdən çıxarılıb. Qaynarinfo.az-ın məlumatına görə, onun işdən çıxarılmasına səbəb kimi rəhbərliklə aqressiv davranış, geyim formasını pozması, şəxsi avtomobilini deponun qarşısında saxlamaqla yanğınsöndürən maşınların giriş-çıxışına mane olması göstərilib.
Toğrul Məmmədov isə bu ittihamlarla razılaşmayaraq məhkəməyə müraciət edib. O, Bakı İnzibati Məhkəməsində FHN-ə qarşı işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı iddia qaldırıb. İşə hakim Bəhlul Cəlalovun sədrliyi ilə baxılıb.