BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Əhmədov: "Yevda Abramov ölməyib, amma vəziyyəti çox ağırdır"

"Deputat Yevda Abramovun vəziyyəti ağırdır".

 

Bu barədə Pravda.az-a Milli Məclisin deputatı Vahid Əhmədov məlumat verib.

 

V. Əhmədov bildirib ki, Y.Abramovun ölümü ilə bağlı yayılan informasiya doğru deyil: "Oğlu ilə danışmışam. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir. Nəfəs alır, amma vəziyyəti çox ağırdır".

 

Qeyd: Y. Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.
 

Xatırlatma: Yevda Abramov 2017-ci ilin dekabrında onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. O, daha sonra müalicəsini İsraildə davam etdirib. Heydər Əliyev Fondu deputat Yevda Abramovun müalicə xərclərini öz üzərinə götürüb.

Tarix: 3 Dekabr 2019, 22:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin