Paytaxtın Nizami rayonu, Mehdi Abbasov küçəsindəki sakinlər tikinti şirkətindən şikayətçidirlər.
Onların sözlərinə görə, artıq beş ildir ki, bina təhvil verilsə də, onlar hələ də mənzillərinə çıxarış ala bilməyiblər:
“Çıxarışlarımız verilmir. Heç kim bu binada qeydiyyata düşə bilməyib. İnsanları aldadıb, çıxarış adı ilə 170 manat aldılar. Nə sənədi, nə də pullarımızı qaytarmırlar. Binamız isə bərbad vəziyyətdədir”.