Kürdəmir sakini kredit götürmək üçün iş yoldaşından kömək istəyib, ancaq daha sonra külli miqdarda borcunun olduğunu öyrənib.
Xezerxeber.az-ın məlumatına görə, Kürdəmir rayon Ərəbqubalı kənd sakini Rahid Hüseynov iki il öncə Bakıda işlədiyi zaman iş yoldaşına kredit götürmək istədiyini deyib.
İş yoldaşı kredit götürməkdə ona köməklik edəcəyini deyərək bir nəfərlə tanış edib. Rahid Hüseynov iddia edir ki, tanışları onu “ASAN xidmət” mərkəzinə apararaq bir sıra sənədləri imzaladıblar.