Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidə bir həftədir qaz xətti çəkildiyi üçün yol qazılıb.
Burada yaşayan sakinlər evlərinə gedib-gəlməkdə çətinlik çəkirlər.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş mühəndisi Natiq Mustafayev bildirib ki, yol yeraltı qaz xəttinin çəkilməsi məqsədi ilə qazılıb.