BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azxeber"in 14 yaşı oldu

Bu gün Azxeber.com informasiya portalının 14 yaşı tamam olur.

 

Portal 2009-cu il aprel ayının 13-də fəaliyyətə başlayıb.

 

Portalda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.

 

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

 

Saytın sosial şəbəkələrdəki hesabları da olduqca aktivdir. Portalın instagram (750 min), tiktok (180 min), threads (17 min), yutub (50 min) və teleqram (25 min), facebook (35 min) sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

 

Xatırladaq  ki, portal  jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərli təşəbbüsü ilə yaradılıb.

Tarix: 13 Aprel 2024, 19:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin