3000, 5000, 7000 manat... Xezerxeber.az xəbər verir ki, istəkdən asılı olaraq isə daha bahalı qəbir daşları sifariş edilir.
Qəbir daşlarının qiyməti sözün əsl mənasında “dodaq uçuqladır”.
Buna səbəb bəzi qranit və mərmərlərin xarici ölkələrdən gətirilməsidir. Bu işlə məşğul olan müəssisələrdən birinin direktoru Anar Qafarov deyir ki, mərmər və qranitlər əsasən ölkəyə Avropa ölkələrindən, Ukrayna, Türkiyə, İran və Hindistandan gətirilir.
Qiymətlər də daşın istehsal olduğu ölkələrə görə dəyişir.