Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir.
Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarının riski daha az olub. Bu zaman işdəki gərginlikdən sonra orqanizm istirahət edir və hətta axşam metabolizminin xüsusiyyətlərinə görə yandırılan kalorilərin sayı da artır.