Azərbaycanda xüsusi karantin rejimi iyunun 1-dən sonra da uzadılacaq.
Pravda.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, hazırda bununla bağlı müzakirələr aparılır.
Qeyd olunub ki, karantin rejimi uzadılsa da, iyunun 1-dən bir sıra yumşalmalar gözlənir. Hazırda rayonlara gediş-gəlişin bərpası və iri ticarət mərkəzlərinin açılması ilə bağlı müzakirələr aparılır.
Epidemioloji vəziyyətdən asılı olaraq iyunun 1-dən kafe və restoranların fəaliyyətinin tam bərpası da mümkündür. Həmçinin, iyunun 15-dən etibarən sərhədlərin açılması və beynəlxalq uçuşların bərpası ilə bağlı müzakirələr aparılır. İlk növbədə, Naxçıvana olan uçuşların bərpa olunması barədə düşünülür.
İyunda toyların və kütləvi tədbirlərin təşkilinə isə icazə verilməyəcək.