Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib.
Bu gün keçirilən məhkəmə iclasında onun barəsində həbs qətimkan tədbirinin daha iki ay uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb.
Qeyd edək ki, T.Yaqublu ötən il dekabr ayının 14-də saxlanılıb. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.