Aprelin 15-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi ilə görüş keçirib.
XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və iqtisadi-ticarət, energetika, turizm, su ehtiyatlarının idarə edilməsi, səhiyyə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu qeyd edilib. Bununla yanaşı, Omanda səfirliyimizin təsis edilməsi qərarının münasitlərə əlavə təkan verəcəyi vurğulanıb.