Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib?

1 885
Paylaş:
Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib?

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur.

Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisənin baş verdiyi tarixdə növbədə olan həkim və tibb bacısı tərəfindən göstərilən xidmətlə bağlı araşdırma aparılıb:

“Məsələ Tibbi Şurada müzakirə ediləcək, fəaliyyətində nöqsan aşkar edilən tibb personalı barəsində müvafiq intizam tənbehi tədbirləri görüləcək. Əlavə olaraq, şöbə əməkdaşları ilə söhbət aparılıb və müvafiq göstərişlər verilib. Müəssisə rəhbərliyinə nəzarətin gücləndirilməsi tapşırılıb”.

Paylaş:

Ən son xəbərlər