“Evli birinə vurulursan. Başa düşürsən ki, bu insanın ailəsi var. Amma yenə də onu sevirsən. Ürəyə deyə bilməzsən ki, sevmə, o ailəlidir. Ağıl da deyir ki, bu ona, onun ailəsinə qarşı düzgün deyil”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində sevgi ilə bağlı sualı cavablandırarkən aktyor Azər Baxşəliyev deyib.
“Ağıla daha çox inanırsansa, ürək uduza da bilər. Amma çox sevirsənsə, heç düşünmürsən. Deyirsən ki, sevirəm, evli də olsa, başqa ölkədə də yaşasa, axıra qədər gedəcəyəm”, - deyə o əlavə edib.