BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün Azərbaycanda yeni Baş Nazir təyinatı olacaq

Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, sessiyanın gündəliyinə üç məsələ daxil edilib.

 

Həmin məsələlər sırasına Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi daxildir.

Tarix: 23 May 2020, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin