Bakının Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb.
DİN-dən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladığı müəyyən olunub.