Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza zamanı dünyasını dəyişən gəncin fotosu yayılıb. Duz TV səhifənin yaydığı məlumata görə, qəzada ölən 2005-ci il təvəllüdlü Ayxan Əliyev Qida və Sənaye kollecində oxuyurdu.
Qeyd edək ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.