BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNDİ

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

 

Aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

 

***

13:37

 

Bakıda evdən qızla oğlanın meyiti tapılıb.

 

Pravda.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

 

Həmin ünvanda yerləşən evlərdən birində oğlanla qızın meyiti hamam otağında aşkarlanıb.

 

Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 18 Aprel 2024, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin