"Telefondakı filtrlər hamını bir-birinə oxşadır. Amma hər kəsin öz gözəlliyi var. Çirkin yox, baxımsız qadınlar var. Özünə baxmaq lazımdır, amma sərhəddi keçməmək şərtiylə". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Qonaqcanlı" proqramında deyib. Plastik əməliyyatlarından danışan sənətçi bununla bağlı suallara belə reaksiya verib:
"Buxaq əməliyyatı istəyirdim, həkim etmədi. Üzümdə əməliyyat etdirməmişəm. Bir burnumu, bir gözümün üstündəki əti əməliyyat etdirmişəm. Üzdartdırma, başqa prosedurlar olmayıb. Heç botoksa belə getmirəm, ehtiyacım yoxdur. Etməyəndə, üzüm özünə qayıdır. Edəndə cizgilərim itir.