Aparıcı Leyla Quliyeva paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı Xalq artisti Arif Babayevlə fotosunu yayımlayaraq, izləyicilərinə məsləhət verib:
"Ona məğlub olmamaq üçün bacardığınızı edin"
"Günlər də, hadisələr də fərqli. Geyim də dəyişir. Ətrafdakı insanlar da. Dəyişməyən və həmişə bizimlə sürünən (bəzən da uçuşan, və yaxud əlimizdən tutub aparan) hər nə varsa - heç kimin görmədiyi və görməyəcəyi ağrı, sevinc, hirs, küskünlük - bax, ən vacibi odur. Ona məğlub olmamaq üçün nə bacarırsınızsa, edin. Lazım olsa, dəfn edin, yandırın, tullayın zibil yeşiyinə. Ya da üzünə gülə-gülə əzin, tapdalayın. Ya da ki, söykənin və dərindən nəfəs alın... Bu anı lazımınca yaşayın! Xoşbəxt olana qədər".