Bizim dəstəyə ehtiyacımız var və Azərbaycan Milli Məclisi ilə imzalanan memorandum bu istiqamətdə atılan uğurlu addımdır.
Bunu Yeni Kaledoniya Senatının üzvü Moris Vimian Milli Məclisdə təşkil olunan “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.
O bildirib ki, hazırda yaranmış şərait Yeni Kaledoniya xalqının müstəqillik uğrunda mübarizəsini daha da gücləndirir:
“Azərbaycan öz yardım əlini kanak xalqına uzadıb və biz buna görə çox tşəkkür edirik. Yeni Kaledoniyada bizim üç institut var, onlar kanak xalqı tərəfindən idarə olunur və mübarizəmizdə aktiv iştirak edirlər”.