Mədəniyyət naziri Əbülfəs Qarayevin tutduğu vəzifədən azad olunmasından sonra ən çox müzakirə olunan mövzulardan biri yeni nazirin kimliyi ilə bağlıdır. Sosial şəbəkələr və mətbuatda mədəniyyət naziri postuna bir sıra iddialı şəxslərin adları çəkilir. onların arasında bir sıra sənətkarların, millət vəkilləri və dövlət qurumlarının rəhbərlərinin adları var.
Pravda.az-ın xəbərinə görə, mədəniyyən naziri postuna açıq iddiasını ortaya qoyan şəxslərdən biri də Səbail Rayon İcra Hakimiyyəti Başcısı Vüqar Zeynalovdu.