Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub.
Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb.
Onunla birgə dəm qazından boğulan qız isə uşaq evində böyüyüb. Onların necə tanış olduqlarını isə heç valideynləri də bilməyib.