BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Hamı Qarabağda savaş istəyir, amma oğlunu rüşvətlə Bakıda saxlatdırır”

“Cəmiyyət həbs olunanların haqlı yerə həbs olunduğunu deyir. Məsələ odur ki, dövlətin atdığı addımlarla cəmiyyətin mövqeyi üst-üstə düşür. Bilirsiniz, cəmiyyətdə müəyyən dəyərlərin yerinə oturmasına ehtiyac var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.

 

F.Mustafa qeyd edib ki, kamuflyaj arxasında gizlənən cəmiyyətdə ədalət axtarışı çox çətin olur: “Elə nüanslar var ki, orada cəmiyyəti bu işə qoşmaq mümkün olsaydı, heç bu proseslər də olmazdı. Hər zaman deyirəm, beş nəfər rüşvət alan var, amma min nəfər rüşvət vermək istəyən növbəyə durur. Hərbi komissarlığın qabağını kəsib rüşvət verir ki, oğlumu Bakıda saxla. Hamı Qarabağda savaş istəyir, amma oğlunu rüşvətlə Bakıda saxlatdırır. Bu cəmiyyətlə, bu cür düşünənlərlə nə etmək olar? Demək istədiyim odur ki, süni qəhrəmanlığa, pafosa aldanaraq, cəmiyyəti düzəltmək olmaz. Bəzən cəmiyyətin istəyinin əleyhinə gedərək, islahat aparmaq lazımdır. Oxumaq istəməyən cəmiyyətlə nə etməlisən ki? Karantin dövründə əksəriyyət loto və domino aldı, kitab alan yoxdu. Bu cəmiyyət hara gedir?”Unikal

Tarix: 23 May 2020, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin