Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib.
Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərlə razılaşmayıb, həmkarına etirazını bildirib:
“Azərbaycanda dövlət maliyyə nəzarəti acınacaqlı vəziyyətdədir” kimi cümləni qəbul etmirik. Hesab edirəm ki, bu, görülən işləri ya görməzlikdən gəlmək, ya da üzərindən xətt çəkməkdən ibarətdir”.