Şorbalar pəhrizimizdəki ən sağlam yeməklərdən biridir. Ancaq bu həmişə doğru ifadə deyil. Bir həftə soyuducuda qalan məhsullardan yağlı şorbalardan danışırıqsa, onların faydası təbii ki, azdır. Ancaq bir neçə məhsul var ki, onları şorbalara əlavə etsəniz, yemək daha ləzzətli və sağlam olacaq.
Lent.az həmin 3 məhsulu təqdim edir:
İstənilən növ göyərti
Şorbalara cəfəri və şüyüd əlavə etmək onu dadlı edəcək ən yaxşı alternativlərdən biridir. Həmçinin, bir çox evlərdə də bu göyərtilərdən istifadə olunur. Ancaq başqa göyərti növləri də var ki, onlar da şorbalara xüsusi dad əlavə edə bilər. Bunlara əsasən reyhan, marjoram və hətta bir az rozmarin misal göstərə bilərik. Göyərtilər həm təzə, həm də qurudulmuş şəkildə əlavə oluna bilər.