Xalq artisti Nazpəri Dostəliyeva qalmaqal yaşadığı mərhum həmkarı Xalq artisti İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini illər sonra açıqlayıb. Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
"Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi. Məclisə gec gəlmişdim, bəy-gəlinin rəqsinə gəlib çatmışdım. Dərhal Faiq Ağayevlə görüşmək istədim. Həmin vaxt da İlhamə xanımın əlində mikrofon var imiş.