BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı bəyanat yaydı

Türkiyə Xarici işlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası Komissiyasının əldə etdiyi razılaşmaya dair bəyanat yayıb.

 

Pravda.az  xəbər verir ki, bəyanatda sözügedən razılaşma alqışlanıb.

 

"Biz Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılığı alqışlayırıq.

 

Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır", - qurumun bəyanatında deyilir.

 

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Tarix: 20 Aprel 2024, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin