Ağcabədi sakini 100 min manatdan artıq pulunun mənimsənildiyini iddia edib. Xezerxeber.az-ın məlumatına görə, rayon sakini Elçin Nərimanov bildirib ki, Rusiyada yaşayan Şükür Ağayev onun xeyli miqdarda pulunu mənimsəyib.
E.Nərimanov bir neçə il əvvəl Rusiyada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. Bir neçə dəfə Şükür Ağayevdən qızıl zinət əşyaları alıb. Sonuncu dəfə isə 100 min manatdan artıq pul göndərsə də, qarşılığında qızıl gəlməyib.
E.Nərimanov iddia edib ki, ona ümumilikdə 100 min manatdan artıq ziyan dəyib.