Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib. Aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb.
“Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi“
"Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi. Dedi ki, mənim ürəyim necə tab gətirir, heç özüm də bilmirəm. Mən də o qadını Allaha həvalə edirəm. O qadınla heç bir ədavətim yoxdur, amma çox haqsızlıq etdi. Nəticədə bir evin dirəyini aşırtdı. Allah o qadını bu həyatda çəkdirdiyin çəkmədən o biri tərəfə aparmasın. Amin" deyə, Sərxan bildirib.
Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında ürəktutmasından dünyasını dəyişib./Axşam.az