Xalq artisti Flora Kərimova mərhum Əməkdar artist Cavanşir Məmmədovun vəfatıyla bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi instaqram hesabında birgə görüntülərini paylaşaraq bunları yazıb:
"Qəfil yoxluğun taleyimin daha bir arzulanmayan, acı qisməti oldu" - Flora Kərimova
“Arzular tükənmir, bitmir. Ümidlə gözlədiyimiz arzuların içində yaşanılan həyat acılı-şirinli qismətlərimizdir. Qəfil yoxluğun taleyimin daha bir arzulanmayan, acı qisməti oldu. Allah rəhmət eyləsin, Cavanşir! Rahat uyu!”.
Qeyd edək ki, Cavanşir Məmmədov Flora Kərimovanın dayısının oğludur.