BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəzi yerlərdə şimal-qərb küləyi güclənib - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.

 

Pravda.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 20 m/s, Tərtərdə 18 m/s, Gəncədə 16 m/s-yə çatır.

 

Havanın maksimal temperaturu aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 28, Aran rayonlarında 30-32, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.

 

Bəzi dağlıq və dağətəyi rayonlarda-Şahdağ, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.

 

 

Tarix: 22 Aprel 2024, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin