BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP deputatlığa namizədlərlə bağlı tələblərini AÇIQLADI

“Bəzi media orqanları parlamentin işləmədiyini yazır. Bu fikirlərlə razı deyilik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib.

 

S.Novruzov xatırladıb ki, parlament kifayət qədər qanunlar qəbul edib, digər parlamentlərlə geniş əlaqələri olub, il ərzində çoxsaylı qonaqlar qəbul edib, Azərbaycan həqiqətlərini dünya ölkələrinə çatdırıb, beynəlxalq təşkilatlarda ölkəmizin maraqlarını müdafiə edib: “Biz bu fəaliyyətin effektivliyinin daha da artırılması ilə bağlı parlamentin buraxılması üçün Prezidentə müraciət etmişik. Yoxsa parlament böhranı və ya onun işləməməsi ilə bağlı deyil”.

 

“Deputatlarla bağlı ən azı son iki ilin statistikasını aparırıq. Bura nə daxildir? Seçicilərlə görüş, seçicinin etimadının doğrultması, davranış qaydaları, beynəlxalq təşkilatlarda iştirakı, Milli Məclisdə, mətbuatda, sosial şəbəkədəki çıxışları və s. Bu statistika iki aylıq, üç aylıq toplanılır, təhlil edilir, qiymətləndirilir, hamısı məndə var. Biz qaldırdığımız məsələ ilə bağlı bir çoxlarının həmin qrafada qabağı boşdur”.

 

Qeyd: Deputatlar Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilib.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsi Prezidentin parlamentin buraxılması ilə bağlı sorğusunu bu gün – dekabrın 4-də cavablandıracaq.

Tarix: 4 Dekabr 2019, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin