Bir neçə gün bundan öncə ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə düşüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, sənətçinin qız nəvəsi Rəfiqə Məmmədovanın yaxın vaxtlara planlaşdırılan toy məclisi məlum hadisə səbəbindən təxirə salınıb.
Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə salındı
Əməkdar artist Cavanşir Məmmədovun vəfatının ildönümündən sonra toyun baş tutacağı bildirilir.